Əsas Səhifə > XARİCİ XƏBƏR > Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq


16-08-2024, 08:25


Avropanın Kopernik İqlim Müşahidə Xidmətinin alimləri dünyada 13 aydır davam edən rekord yüksək temperaturun başa çatdığını elan ediblər.

Şəffaflıq.az xəbər verir ki, bu barədə qurumun

 rəsmi saytında məlumat verilib.

Müşahidələr göstərib ki, 2024-cü ilin iyulu 2023-cü ilin iyulundan bir qədər sərin keçib. Mütəxəssislər qeyd ediblər ki, ötən ilin iyul ayında dünya üzrə orta hava temperaturu 16,91°C olub ki, bu da bir il əvvəlki nəticədən 0,04°C azdır.

Tədqiqatçılar hesab edirlər ki, qlobal temperaturun uzun müddət yüksək olması bir sıra amillərin birləşməsindən qaynaqlanır. Bunda karbon və digər istixana qazlarının, o cümlədən metanın antropogen emissiyaları mühüm rol oynayıb.

Bununla belə, istiləşmə həm də Sakit Okeanda temperaturun artması ilə əlaqəli olan El Nino iqlim fenomeni və Günəşdə hiss edilən aktivlik ilə əlaqədardır.

Alimlər əlavə ediblər ki, “El Nino” öz yerini daha soyuq “La Nina”ya verdiyi üçün qlobal temperatur aşağı düşməyə davam edəcək, lakin 2023/24-cü ildən əvvəlki səviyyələrə çata bilməyəcək.

Digər tərəfdən qlobal orta torpaq nisbi rütubət dəyərləri də son 40 il ərzində azalma tendensiyası göstərir və 2000-ci illərin əvvəllərindən bəri aşağı səviyyəyə düşüb.


Geri qayıt