Əsas Səhifə > Hadisə > Şəmkirdə 10 yaşlı uşağı traktor vuraraq öldürüb

Şəmkirdə 10 yaşlı uşağı traktor vuraraq öldürüb


15-08-2024, 22:42


Şəmkirdə 10 yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Keçili kəndində qeydə alınıb.

Kənd sakini, 2014-cü il təvəllüdlü Rəvan Əsgərovu traktor vurub. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt