Əsas Səhifə > XARİCİ XƏBƏR > Çin dəniz polisi Yaponiya gəmisini mübahisəli adalardan uzaqlaşdırıb

Çin dəniz polisi Yaponiya gəmisini mübahisəli adalardan uzaqlaşdırıb


15-08-2024, 12:25


Çin dəniz polisinin katerləri Yaponiyaya məxsus balıqçı gəmisini Diaoyu (Senkaku) adaları sahillərindən sıxışdıraraq çıxarıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Çin Sahil Mühafizəsi İdarəsinə istinadən məlumat yayıb.

“Yaponiyanın “Tsurumaru” balıqçı gəmisi Diaoyu adalarının ərazi sularına qanunsuz daxil olub. Çinin sahil mühafizə gəmiləri zəruri nəzarət tədbirləri görüb və qanunvericiliyə uyğun olaraq gəminin uzaqlaşdırılması ilə bağlı xəbərdarlıq edib”, - idarədən bildirilib.

Qeyd olunub ki, Diaoyu adaları ÇXR-in ayrılmaz ərazisi hesab olunur. İdarə Yaponiyanı həmin sularda bütün qeyri-qanuni fəaliyyətini dərhal dayandırmağa çağırıb.

İkinci Dünya müharibəsindən sonra adalar Amerika ordusunun nəzarəti altında olub. 1970-ci illərin əvvəllərində Çin və Yaponiya regionda mümkün neft yataqlarının aşkarlanması ilə əlaqədar adalar üzərində sahiblik hüququnun yenidən nəzərdən keçirilməsi məsələsini qaldırıb.


Geri qayıt