Əsas Səhifə > İdman > Naxçıvanda bilyard üzrə muxtar respublika birinciliyi keçiriləcək

Naxçıvanda bilyard üzrə muxtar respublika birinciliyi keçiriləcək


13-08-2024, 10:16


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə bilyard üzrə açıq muxtar respublika birinciliyi keçiriləcək.

Şəffaflıq.az-ın məlumatına görə, tədbir avqustun 31-də Naxçıvanın "Marvel" Bilyard Klubunda baş tutacaq.

Yarış, Naxçıvanın müxtəlif bölgələrindən gəlmiş bilyard ustalarını və həvəskarları bir araya gətirmək məqsədi daşıyır. Turnirdə həm təcrübəli oyunçular, həm də bu idmana yeni başlayan gənclər iştirak edə bilərlər.

Qeyd edək ki, yarış Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə təşkil edilir.


Geri qayıt