Əsas Səhifə > Şou-biznes > Rasim Balayev: "İndi Azərbaycanda yaxşı filmlər çəkilmir"
Rasim Balayev: "İndi Azərbaycanda yaxşı filmlər çəkilmir"8-08-2024, 23:39 |
"Bu gün təəssüf ki, mənim gəncliyimdə olduğu kimi böyük və keyfiyyətli filmlər çəkilmir". Şəffaflıq.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri 76 yaşını qeyd edən Xalq artisti Rasim Balayev Lent.az-a açıqlamasında deyib. "Bu gün təəssüf ki, mənim gəncliyimdə olduğu kimi böyük və keyfiyyətli filmlər çəkilmir. Aktyor özünü yaxşı filmlə göstərə bilər, yaxşı filmlər yoxdur deyə, onlar üçün meydan da yoxdur. Yaxşı aktyorlarımız var. İndi adlarını çəkmək istəmirəm. Adını unutduqlarım inciyərlər" deyə, Xalq artisti bildirib. O, son dövrlərdə çəkilən filmləri izləmədiyini, lakin kinomuzun gələcəyinə inandığını qeyd edib: "Birinci olaraq kinoya böyük maliyyə ayrılmalıdır. Başqa səbəblər də var. Kinoittifaq olaraq çalışırıq ki, kinomuzun inkişafı üçün əlimizdən gələni edək. Kinomuzun gələcəyinə inanıram". Geri qayıt |