Əsas Səhifə > MALİYYƏ > “SİMA İmza” ilə “Azpulmat”da kreditini anında rəsmiləşdir!
“SİMA İmza” ilə “Azpulmat”da kreditini anında rəsmiləşdir!8-08-2024, 11:21 |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “Azpul” MMC olub. Artıq təcili kreditə ehtiyacı olan vətəndaşlar “Azpulmat” tətbiqi üzərindən onlayn kredit müraciəti göndərə və müqaviləni “SİMA İmza” ilə imzalaya bilirlər. Proses zamanı əvvəlcə kredit müraciəti göndərən vətəndaşın üz təsviri ilə kimliyi müəyyən edilir. Ardınca ona birdəfəlik istifadə üçün elektron imza yaradılır və müştəri imza üçün özünə 6 rəqəmli parol təyin edir. Daha sonra vətəndaş onlayn kredit müqaviləsini həmin parolu daxil etməklə imzalaya bilir. Müqaviləni imzaladıqdan sonra müştəri vəsaiti Azpulmat terminallarında, Azərpoçt filiallarında və ya özünə məxsus istənilən debet kartına köçürməklə nağdlaşdıra bilər. Sistem 7/24 rejimdə işlədiyindən vətəndaşlar günün istənilən saatında tətbiq üzərindən “SİMA İmza” vasitəsilə kredit götürə bilərlər. Tətbiqdə kredit müqaviləsinin biometriya texnologiyası ilə təsdiqlənməsi dələduzların vətəndaşların adından istifadə edərək kredit götürməsinin qarşısını alır. SİMA rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Şəffaflıq.az Geri qayıt |