Əsas Səhifə > XARİCİ XƏBƏR > İƏT-in növbədənkənar görüşündə İsrail-Fələstin münaqişəsi müzakirə edilib

İƏT-in növbədənkənar görüşündə İsrail-Fələstin münaqişəsi müzakirə edilib


7-08-2024, 23:56


Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar görüşü keçirilib.

Bu barədə Şəffaflıq.az  Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.

Tədbir zamanı İsrail-Fələstin münaqişə zonasinda son vəziyyət, onun regiona yaratdığı təhdidlər və həll yolları müzakirə edilib. Görüşün sonunda Yekun Kommünike qəbul edilib.


Geri qayıt