Türkiyənin Adana vilayətində 4,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar Kozan yaşayış məntəqəsində yerli vaxtla 05:32-də qeydə alınıb.
Zəlzələ 7 km dərinlikdə baş verib.
İtki və dağıntılar barədə məlumat yoxdur.