Əsas Səhifə > İdman > Paris-2024: Azərbaycan medal sıralamasında 21-ci pillədə qərarlaşıb

Paris-2024: Azərbaycan medal sıralamasında 21-ci pillədə qərarlaşıb


5-08-2024, 09:53


Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 21-ci pillədə qərarlaşıb.

Şəffaflıq.az-ın məlumatına görə, hələlik komandanın aktivində iki qızıl mükafat var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.

Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 49-cu, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 27-ci, Ukrayna (2 qızıl, 1 gümüş, 3 bürünc) 17-ci sıradadır.

İlk "üçlük"də ABŞ (19 qızıl, 26 gümüş, 26 bürünc), Çin (19 qızıl, 15 gümüş, 11 bürünc) və Fransa (12 qızıl, 14 gümüş və 18 bürünc) yer alıblar.

Hələlik 70 ölkə medal əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Geri qayıt