Əsas Səhifə > ƏSAS XƏBƏR > Zelenski Kiyevin “F-16” qırıcıları aldığını təsdiqləyib

Zelenski Kiyevin “F-16” qırıcıları aldığını təsdiqləyib


4-08-2024, 20:57


Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaş ölkələrin “F-16” qırıcılarını Ukrayna ordusuna təhvil verdiyini təsdiqləyib.

Bu barədə  Şəffaflıq.az “RBC-Ukrayna”ya istinadən xəbər verir.

Zelenski bildirib ki, təyyarələrin qəbulu rəmzi 4 avqust - Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Günündə rəsmiləşib.

Müharibənin ilk günlərindən Ukrayna Rusiyanın hava hücumlarına müqavimət göstərir deyən Ukraynanın dövlət başçısı “F-16”larla bağlı Kiyevin müraciətini qəbul edən ölkələrə təşəkkür edib.


Geri qayıt