Əsas Səhifə > REGİON > Rusiyada terror xarakterli cinayətlərinin sayı rekord həddə çatıb
Rusiyada terror xarakterli cinayətlərinin sayı rekord həddə çatıb3-08-2024, 09:15 |
Bu ilin 6 ayı ərzində Rusiyada terror xarakterli 1,6 mindən çox cinayət törədilib. Bu, son 18 ilin eyni dövrləri ilə müqayisədə ən yüksək göstəricidir. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin materiallarında deyilir. Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında terror xarakterli 1651 cinayət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,4% çoxdur. Nazirliyin məlumatına görə, 2006-2023-cü illərdə bu rəqəm 1,4 min cinayətə belə çatmayıb. Ən yüksək rəqəmlər 2022 və 2016-cı illərdə qeydə alınıb, yanvar-iyun aylarında müvafiq olaraq 1332 və 1313 terror cinayəti törədilib. Son 6 ildə ekstremist xarakterli cinayətlərin sayı rekord həddə çatıb. Bu ilin yanvar-iyun aylarında onlardan 819-u qeydə alınıb. Halbuki, 2018-ci ildən bu rəqəm 800-ə çatmayıb. Geri qayıt |