Əsas Səhifə > XARİCİ XƏBƏR > Qazaxıstan və Konqo neft-qaz sahəsində əməkdaşlıqla bağlı razılığa gəlib

Qazaxıstan və Konqo neft-qaz sahəsində əməkdaşlıqla bağlı razılığa gəlib


2-08-2024, 14:38


Avqustun 2-də Astanada Qazaxıstanın “KazMunayQaz” (KMG) milli şirkəti və Konqo Milli Neft Şirkəti (SNPC) arasında neft-qaz sektorunda əməkdaşlığa dair saziş imzalanıb.

"Report" bu barədə KMG-nin məlumatına istinadən xəbər verir.

“Saziş neft və qaz yataqlarının işlənməsi, neft sahəsində texniki yardım, maye və qaz halında olan karbohidrogenlərin emalı üçün obyektlərin tikintisi, xam neftin tədarükü və kadr hazırlığı sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasına yönəlib”, - məlumatda bildirilib.

Şəffaflıq.az


Geri qayıt