Əsas Səhifə > İdman > Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi fəaliyyətini dayandırıb
Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi fəaliyyətini dayandırıb2-08-2024, 09:28 |
Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 2025-ci il fevralın 1-dək fəaliyyətini dayandırıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Bu səbəbdən 2024/2025 mövsümündə Azərbaycan Kuboku və Azərbaycan Premyer Liqasında keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar nəqliyyat vasitəsi ilə mümkün olacaq. AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var. Qeyd edək ki, COP29 11-22 noyabr aralığında keçiriləcək. Geri qayıt |