Əsas Səhifə > REGİON > Türkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.

Türkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.


1-08-2024, 08:10


Türkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.

 Şəffaflıq.az  xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD)

bildirib.

Qurumun verilənlərinə əsasən, yerli vaxtla 05:52-də (Bakı vaxtı ilə 06:52) ölkənin Malatya şəhərinin Yeşilyurt rayonunda 4,4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı 10,83 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xatırladaq ki, iyunun 16-da eyni regionun Akçadağ rayonunda 4,4 maqnitudalı zəlzələ olmuşdu.


Geri qayıt