Əsas Səhifə > XARİCİ XƏBƏR > Zelenski: Dünya Rusiyanı II Sülh Sammitində görmək istəyirsə, buna qarşı çıxa bilmərik

Zelenski: Dünya Rusiyanı II Sülh Sammitində görmək istəyirsə, buna qarşı çıxa bilmərik


31-07-2024, 23:28


Ukrayna Prezidenti Volodimir Zelenski əksər dünya ölkələrinin Rusiyanın ikinci Sülh Sammitində iştirakını istəyirsə, “Ukrayna bu təşəbbüsə qarşı çıxa bilməz”.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Şərqi Avropa ölkəsinin dövlət başçısı 

Fransa KİV-ə müsahibəsində deyib.

Bu gün dünyanın əksəriyyəti deyir ki, ikinci Sammitdə Rusiya nümayəndələri olmalıdır, əks halda güclü nəticələr əldə edə bilmərik. Çünki Rusiya Ukraynaya qarşı döyüşür və bu müharibənin tərəfləri bunlardır və ona görə də bütün dünyanın ikinci Sammitdə Rusiya nümayəndələrinin olmasına ehtiyacı var”, – Ukrayna lideri söyləyib.

Zelenski xatırladıb ki, Ukrayna sülh formulu əsasında plan formalaşdırmağa hazırlaşır. Prezidentin sözlərinə görə, o, diplomatların qarşısına sənədi noyabrda hazırlamağı tapşırıb. O, tərəfdaşlarına da müvafiq xahişlə müraciət edib.

Dövlət başçısı vurğulayıb ki, sülh planı Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və s. məsələləri əhatə edəcək.


Geri qayıt