Əsas Səhifə > XARİCİ XƏBƏR > Haniyənin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirəcək

Haniyənin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirəcək


31-07-2024, 23:06


Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası (TŞ) iyulun 31-də fövqəladə iclas keçirəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə BMT TŞ-nin dövri sədri Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski

teleqramda bildirib.

“İranın Çin, Əlcəzair və Rusiya tərəfindən dəstəklənən sorğusu ilə sədrliyimiz Nyu-York vaxtı ilə 31 iyul saat 16:00-da (Bakı vaxtı ilə avqustun 1-i saat 00:00-da) Tehranda HƏMAS Siyasi Bürosunun rəisi İ.Haniyənin öldürülməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını təyin edib”, – diplomat qeyd edib.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.


Geri qayıt