Əsas Səhifə > Maraqlı > Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin SƏBƏBİ BİLİNDİ

Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin SƏBƏBİ BİLİNDİ


10-12-2019, 00:30

 

ABŞ-da Arizona Universitetinin alimləri Yer üçün potensial təhlükəli “Bennu” asteroidinin sirli fəaliyyətinin səbəbini tapıblar.

Lenta.ru-nun məlumatına görə, bu barədə Phys.org-da dərc olunan press-relizdə bildirilir.

“OSIRIS-Rex” layihəsinin mütəxəssisləri asteroidin cənub yarımkürəsində və ekvatorunda müxtəlif yerlərdə 3 nəhəng hissəciklərin tullantısını müşahidə ediblər.

Püskürmədən sonra hissəciklər ya səma cisminin ətrafında dövr edirdilər və yenidən səthə düşürdülər, ya da kosmosa uçurdular. Onların sürəti saniyədə üç metrə, ölçüsü isə 10 santimetrə çatır.

Bununla bağlı bir neçə ehtimal irəli sürülüb: meteoritlərin zərbələri, termik dağılma və su parının çıxması.

Alimlər hesab edir ki, termik dağılma asteroidin fırlanması zamanı səthin temperaturunun qəfil dəyişməsi ilə əlaqəli ola bilər. Bu proses, həmçinin səma cismini asanlıqla tərk edən hissəciklərin parçalanmasına da şərait yaradır.

“OSIRIS-Rex” – “Bennu” asteroidindən qrunt nümunələrini çatdırmaqla vəzifələndirilmiş planetlərarası stansiyadır. Materialların 2020-ci ilin yayında toplanılması, nümunələrin isə 2023-cü ilin sentyabrında Yerə çatdırılması gözlənilir.

Şəffaflıq.az
Geri qayıt