Əsas Səhifə > XARİCİ XƏBƏR > BMT-nin Qəzzada 200-dən çox əməkdaşı ölüb

BMT-nin Qəzzada 200-dən çox əməkdaşı ölüb


31-07-2024, 17:44


Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzza zolağında həlak olan əməkdaşlarının sayı 200 nəfəri ötüb.

Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə UNRWA-nın baş komissarı Filip Lazzarini deyib.

"2023-cü ilin oktyabrında müharibə başlayandan bəri Qəzzada UNRWA-nın 202 əməkdaşını itirmişik”, – o bildirib.


Geri qayıt