Göygöl rayonunda 25 yaşlı gənc oğlan bıçaq xəsarətindən dünyasını dəyişib.
Şəffaflıq.az-ın məlumatına görə, rayonun Üçtəpə kəndində 25 yaşlı E.Mustafayev qarın nahiyəsindən bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.