Əsas Səhifə > EKOLOGİYA > Yağıntılı hava şəraiti kəsilib - FAKTİKİ HAVA
Yağıntılı hava şəraiti kəsilib - FAKTİKİ HAVA30-07-2024, 11:49 |
İyulun 30-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti iyulun 29-u axşam saatlarından tədricən kəsilib. İyulun 30-da gecə və səhər əsasən yağmursuz keçib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Göygöldə 29 mm, Şəmkirdə 23 mm, Şəkidə 14 mm, Gəncədə 12 mm, Goranboyda 9 mm, Naftalan, Daşkəsən, Qax, Tərtər, Gədəbəy, Lerik, Cəfərxan, Oğuz, Qəbələ, Zaqatala, Tovuzda 7 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. İyulun 29-da şərq küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Culfada 18 m/s-yə çatıb. Şəmkir, Daşkəsən, Göygöl, Göyçay, Qax, Lerik, Cəfərxanda duman müşahidə olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 32, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 18-22 dərəcə isti olub. Şəffaflıq.az Geri qayıt |