Əsas Səhifə > Hadisə > Bakıda məktəbin həyətində 18 yaşlı gənci cərəyan vuraraq öldürüb
Bakıda məktəbin həyətində 18 yaşlı gənci cərəyan vuraraq öldürüb30-07-2024, 11:21 |
Bakıda 18 yaşlı gənci elektrik cərəyanı vurub. Şəffaflıq.az-ın əldə etdiyi xəbərə görə, hadisə Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin həyətində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |