Əsas Səhifə > Hadisə > Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb
Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb29-07-2024, 15:51 |
Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, 2021-ci il dekabrın 25-də Qəbələ rayonunda 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun qeyri-aşkar şəraitdə almış olduğu xəsarətdən daxil olduğu xəstəxanada ölməsi faktına görə cinayət işi başlanılıb. Oğuz Rayon Prokurorluğu və Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mübariz Sultanovun qısqanclıq zəminində B.Salahova kəsici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. M.Sultanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Geri qayıt |