Əsas Səhifə > Hadisə > Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


28-07-2024, 09:06


Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Hadisə zamanı sərnişin, 1970-ci il təvəllüdlü Kazımova Gülbəniz Ağarıza qızı xəsarət alıb. Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt