Əsas Səhifə > SİYASƏT > Növbədənkənar parlament seçkisi ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb
Növbədənkənar parlament seçkisi ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb27-07-2024, 15:32 |
"Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisi ilə əlaqədar 2794 yerli müşahidəçi qeydiyyatdan keçib, onlardan 2562 nəfəri MSK-da qeydə alınıb". Şəffaflıq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü iclasda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DTİHB) 11 müşahidəçi qeydə alınıb: "Artıq beynəlxalq müşahidəçilər də seçkini izləmək üçün müraciətlər edirlər". Geri qayıt |