Əsas Səhifə > COP29 / MANŞET > Şamaxıda danışıqçılar səviyyəsində COP29 üzrə görüş keçirilir
Şamaxıda danışıqçılar səviyyəsində COP29 üzrə görüş keçirilir27-07-2024, 15:28 |
Şamaxıda keçirilən danışıqçılar səviyyəsindəki görüş COP29-un sədrliyinin qarşılıqlı əlaqəni aktivləşdirmək və iqlim dəyişikliyi ilə bağlı fəaliyyəti sürətləndirmək öhdəliyinə sadiqliyini əks etdirir. Şəffaflıq.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir. “Nümayəndə heyətinin başçıları, o cümlədən bütün danışıq qruplarının sədrləri, iqlim dəyişikliyi ilə münaqişədə irəliləyiş əldə edilməsinə təkan vermək üçün bu həftə sonu Şamaxıda bir araya gəliblər. Bu tədbir COP29 sədrliyinin qarşılıqlı əlaqəni aktivləşdirmək və iqlim dəyişikliyi ilə bağlı fəaliyyəti sürətləndirmək öhdəliyinə sadiqliyini əks etdirir”, - paylaşımda deyilir. Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Bakıda keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Geri qayıt |