Əsas Səhifə > Hadisə > Polis Bakıda yaşama hüququ olmayan 34 əcnəbini saxlayıb
Polis Bakıda yaşama hüququ olmayan 34 əcnəbini saxlayıb26-07-2024, 13:29 |
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı tədbirlər davam etdirilir. Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, nəticədə daha 34 əcnəbi vətəndaş qeyd olunan qanun pozuntularına yol verdiyi üçün saxlanılıb. Araşdırmalarla saxlanılanlardan 5 nəfərinin qeydiyyatsız yaşamaqla yanaşı qanunsuz əmək fəaliyyəti ilə məşğul olması da müəyyən edilib. Şəffaflıq.az Geri qayıt |