Əsas Səhifə > REGİON > İranın qonşuları ilə ticarət dövriyyəsi 19 milyard dolları ötüb

İranın qonşuları ilə ticarət dövriyyəsi 19 milyard dolları ötüb


26-07-2024, 10:07


Bu ilin ilk dörd ayında (İran təqvimi ilə martın 21-dən sonra) İranın qonşu dövlətlərlə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artaraq 19 milyard 820 milyon dollar təşkil edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, ötən ilin uyğun dövründə bu rəqəm 18 milyard 687 milyon dollar olub.

Qonşu dövlətlərlə ticarət əlaqəsi son dörd ildə artaraq 60 milyard 700 milyon dollar təşkil edib. Dörd il əvvəl isə bu göstərici 36 milyard 500 milyon dollar olub.

Asiya qitəsində yerləşən bir ölkə kimi İran İraq, Türkiyə, Azərbaycan, Türkmənistan, Ermənistan, Küveyt, Qətər və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Əfqanıstan, Oman, Rusiya, Qazaxıstan və Bəhreyn də daxil olmaqla 15 ölkə ilə həmsərhəddir. Qonşuları arasında İranın ilk beş ticarət tərəfdaşına adətən BƏƏ, Türkiyə və İraq daxildir.

İraq, Türkiyə, Azərbaycan, Türkmənistan, Ermənistan, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Əfqanıstan, Oman, Rusiya, Qazaxıstan, Bəhreyn də daxil olmaqla İran 15 ölkə ilə həmsərhəddir. Məlumata görə, hesabat dövründə qonşular arasında İran ən çox Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İraqla ticarət əlaqəsi saxlayıb.


Geri qayıt