Əsas Səhifə > Dünya > Qazaxıstanda qızıl mədənində yarım il əvvəl yerin altına düşən avtobus tapıldı

Qazaxıstanda qızıl mədənində yarım il əvvəl yerin altına düşən avtobus tapıldı


25-07-2024, 11:50


Qazaxıstanın Pavlodar vilayətində "Maykainzoloto" şirkətinin dağ-mədən sahəsinin ərazisindəki çökmə yerində altı ay əvvəl yerin altına düşən avtobus aşkarlanıb.

Şəfaflıq.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

"Ötən gecə qazıntı işləri aparılan zaman xilasedicilərin avtobusu aşkar edilib. Axtarış tədbirləri bu gün səhər saatlarından bərpa edilib. Biz hazırda avtomobilin ön hissəsinə qədər gedib çıxa bilmişik, səth üzərində bamper və təkər görünür", - deyə press-relizdə qeyd edilib.

Qəza zamanı avtobusda 4 nəfər olub. Onlardan birinin cəsədini tapmaq qalır. Administrasiyadan bildirildiyinə görə, hava şəraiti (yağış və külək) ilə əlaqədar və çökmə təhlükəsi səbəbindən işlər həddindən artıq ehtiyatla aparılır.

Xatırladaq ki, 4 yanvar 2024-cü ildə Maykainzoloto şaxtasının yaxınlığında "Maykainzoloto" ASC-nin ərazisində içində üç xilasedicinin və sürücünün olduğu avtobus çuxura düşüb. Elə həmin gün dərinliyi 150 metr olan çuxurun içindən onlardan ikisinin cəsədi çıxarılıb. Bir neçə gün əvvəl isə daha bir cəsəd 70 metr dərinlikdə aşkar edilib.

Fevral ayında çökmə riski səbəbindən mədəndə axtarış-xilasetmə işləri dayandırılmışdı.



Geri qayıt