Əsas Səhifə > SAĞLAMLIQ > Çimərlik mövsümü başlayandan suda boğulma ilə bağlı 13 ölüm qeydə alınıb

Çimərlik mövsümü başlayandan suda boğulma ilə bağlı 13 ölüm qeydə alınıb


24-07-2024, 11:25


Bu ilin iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumilikdə 30 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Şəffaflıq.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, suda boğulanlardan 27-si kişi, 3-ü qadın olub: “Onlardan 11 nəfər xəstəxanaya təxliyə olunub, 6 nəfərə yerində yardım göstərilib. 13 nəfərin isə ölüm faktı qeydə alınıb”.

Xatırladaq ki, iyunun 15-dən ölkədə çimərlik mövsümü başlayıb.


Geri qayıt