Əsas Səhifə > İnfrastruktur > Gürcüstandan Türkmənistana yeni aviareys açılıb

Gürcüstandan Türkmənistana yeni aviareys açılıb


24-07-2024, 10:15


Gürcüstanın "Georgian Airways" aviaşirkəti Tbilisi (Gürcüstan) - Meilan (Çin) - Türkmenabat (Türkmənistan) - Tbilisi (Gürcüstan) marşrutu üzrə yük aviareyslərinə başlayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkmənabad Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, yeni beynəlxalq yükdaşıma əlaqəsi Türkmənistan ilə Gürcüstan arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində daha bir mühüm addım olacaq.


Geri qayıt