Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda 6 ayda dövlət xəttilə 230 milyon manat ipoteka krediti verilib
Azərbaycanda 6 ayda dövlət xəttilə 230 milyon manat ipoteka krediti verilib23-07-2024, 11:53 |
Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 230,3 milyon manat kredit verilib. Şəffaflıq.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 7,8 % azalaraq 195,2 milyon manat olub. Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 2,1 dəfə artaraq 300 milyon manat olub, 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 43,8 milyon manat vəsait ayrılıb. Geri qayıt |