Əsas Səhifə > İnfrastruktur > Naxçıvanın bəzi küçələrində işıq olmayacaq

Naxçıvanın bəzi küçələrində işıq olmayacaq


23-07-2024, 10:50


Bu gün Naxçıvan şəhərinin bir sıra küçələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən Şəffaflıq.az-ın yerli bürosuna verilən məlumata görə, bu gün şəhərin Həsən Əliyev, İslam Səfərli və Nizami Gəncəvi küçələrində (Ədliyyə Nazirliyinin, Dövlət Statistika Komitəsinin inzibati binasının və 4 nömrəli tam orta məktəbin ətrafındakı məhəllələrdə) elektrik enerjisinin verilişində saat 15:00-dan 17:00-dək fasilələr yaranacaq.

Qeyd edək ki, fasilə yeni yüksəkgərginlikli elektrik xətlərində aparılan köçürmə işləri ilə əlaqədardır.


Geri qayıt