Əsas Səhifə > Hadisə > Sumqayıtda 14 gün əvvəl yıxılan 75 yaşlı kişi xəstəxanada ölüb
Sumqayıtda 14 gün əvvəl yıxılan 75 yaşlı kişi xəstəxanada ölüb23-07-2024, 10:31 |
Sumqayıtda 14 gün əvvəl yıxılan 75 yaşlı kişi xəstəxanada ölüb. Şəffaflıq.az-ın yerli bürosu məlumat verir ki, Sumqayıt şəhər sakini, 1949-cu il təvəllüdlü Kamal Astan oğlu Həsənov 14 gün öncə 10-cu mikrorayonda yıxılıb. O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Aparılan müayinə və müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |