Əsas Səhifə > SİYASƏT > Avropa Sülh Fondunun Ermənistana ayırdığı 10 milyon avro regionda sülhə xidmət etməyəcək - RƏY

Avropa Sülh Fondunun Ermənistana ayırdığı 10 milyon avro regionda sülhə xidmət etməyəcək - RƏY


23-07-2024, 10:00


Avropa Sülh Fondunun Ermənistana ayırdığı 10 milyon avro regionda sülhə xidmət etməyəcək.

Bunu  açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli deyib.

O bildirib ki, bu addım Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin strateji xarakterinə mənfi təsir göstərəcək.

“Avropa İttifaqı Şurası Avropa Sülh Fondu çərçivəsində Ermənistanın müdafiə qabiliyyətinin artırılması üçün 10 milyon avro yardım göstərilməsinə qərar verdi. Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi hələ də imzalanmayıb. Ermənistan o dövlətdir ki, 30 ilə yaxın dövr ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Ayrılan vəsait məbləğindən asılı olmayaraq sülhə xidmət etməyəcək. Bu qərar Ermənistanda revanşizm meyllərinin güclənməsinə, bu ölkənin yenidən təcavüzkar siyasət həyata keçirməsinə təkan verə bilər”, - politoloq əlavə edib.

M.Məmmədli vurğulayıb ki, Azərbaycan Aİ-nin bu addımını heç bir halda ədalətli yanaşma kimi qiymətləndirmir və dövlət rəsmiləri də bu barədə öz mövqelərini ifadə ediblər. Onun sözlərinə görə, Aİ-nin mövcud qərarı təsadüfi deyil:

Şəffaflıq.az



Geri qayıt