Əsas Səhifə > FUTBOL > Azərbaycan millisi Avropa çempionatında ilk matçına çıxacaq
Azərbaycan millisi Avropa çempionatında ilk matçına çıxacaq23-07-2024, 09:49 |
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün ilk matçına çıxacaq. Şəffaflıq.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Albaniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qeyd edək ki, Azərbaycan yığması qrupda Albaniya ilə yanaşı, Gürcüstan və Ermənistanla mübarizə aparacaq. Milli növbəti oyunlarını iyulun 24-də Gürcüstana, 25-də isə Ermənistana qarşı keçirəcək. Geri qayıt |