Əsas Səhifə > Hadisə > Balakəndə avtomobil qadını vuraraq öldürüb
Balakəndə avtomobil qadını vuraraq öldürüb23-07-2024, 09:20 |
Balakən rayonunda avtomobil qadını vuraraq öldürüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, iyulun 22-də saat 21 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Ramil Mamedov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1955-ci il təvəllüdlü Sürəyya Murtuzəliyevanı vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Şəffaflıq.az Geri qayıt |