Əsas Səhifə > Hadisə > Bakıda motosikletçi yol qəzasında xəsarət alıb

Bakıda motosikletçi yol qəzasında xəsarət alıb


23-07-2024, 09:04


Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, 2006-cı il təvəllüdlü Həmidli Orxan Hikmət oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.


Geri qayıt