Əsas Səhifə > MEDİA / MANŞET > Şamaxıda Milli Mətbuat Günü münasibəti ilə dəyirmi masa keçirilib.
Şamaxıda Milli Mətbuat Günü münasibəti ilə dəyirmi masa keçirilib.23-07-2024, 00:54 |
Şamaxıda Milli Mətbuat Günü münasibəti ilə dəyirmi masa keçirilib. Milli Mətbuat Günü münasibəti ilə Şamaxı Rayon İcra Hakimiyyətində media nümayəndələri ilə görüş keçirilib. Şəffaflıq.az xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov media nümayəndələrini Milli Mətbuat Günü münasibəti ilə təbrik edərək bu gün ölkəmizdə peşəkar mətbuata, söz və ifadə azadlığına göstərilən dövlət dəstəyindən geniş söhbət açıb. Görüşdə regionda, o cümlədən dünyada ədalətin bərpa olunması istiqamətində dövlətimiz tərəfindən atılan addımlar, həmçinin son günlər Şuşada keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Qlobal Media Formunun əhəmiyyətindən geniş bəhs edilərək ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə dünya mediasına verilən önəmli mesajlar və cəmiyyətin sağlam inkişafında düzgün informasiyanın vacibliyi müzakirə olunub. Tədbirdə çıxış edən media nümayəndələri onlara göstərilən dövlət qayğısına həmçinin, respublikanın hər yerində dəqiq, qərəzssiz və operativ informasiyanın əldə olunmasında və cəmiyyətə çatdırılmasında yaradılan işgüzar mühitə görə razılıqlarını ifadə ediblər.
Geri qayıt |