Əsas Səhifə > İnfrastruktur > Prezidentin Qlobal Media Forumda çıxışı - regionla bağlı güclərə ismarışlar - ŞƏRH

Prezidentin Qlobal Media Forumda çıxışı - regionla bağlı güclərə ismarışlar - ŞƏRH

22-07-2024, 15:39

Azərbaycan müstəqillik əldə etdikdən sonra ona qarşı müxtəlif sferalarda, xüsusən də beynəlxalq kütləvi informasiya vasitələrində qarayaxma kampaniyaları aparılıb. Ölkəmizin ərazisinin bir hissəsi işğal altında olanda bu kampaniya daha intensiv davam etdirilib. Hədəf həmin ərazilərin guya ermənilərə məxsus olduğunu təbliğ etmək, beynəlxalq ictimaiyyəti buna inandırmaq, bölgədə yerləşdirilən bu etnik qrup təmsilçilərinin rəsmi Bakı tərəfindən diskriminasiyaya məruz qoyulduğunu çatdırmaq idi.

Bir sıra hallarda beynəlxalq vasitəçilik missiyasını həyata keçirənlər və onların müttəfiqləri bu yalanlara inanmağa çalışır, ermənilər və onların havadarlarının təbliğatına uyurdular.

Elə ABŞ-də “907-ci düzəliş” də bu yalan və uydurmaların nəticəsində qəbul olunmuşdu. Bu, 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığa dəstək haqqında" akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən düzəlişdir. Bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirmişdir. Sənədin mətnində bildirilirdi ki, guya Azərbaycan 1992-ci ildə “Dağlıq Qarabağı işğal edib” və “Ermənistana qarşı blokada tətbiq edib”. Hər iki uydurma və saxta iddianın arxasında böyük güclər və onların əlaltısı olmuş KİV dayanırdı. Onlar torpaqları işğal edilən Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən təcavüzkar kimi tanınmasına çalışırdılar.

Prezident İlham Əliyev iyulun 20-də 2-ci Şuşa Qlobal Media Forumundakı “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda çıxışında Azərbaycanın uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olduğundan bəhs edib.

Dövlət başçısı Azərbaycana qarşı təbliğatda erməni diasporunun oynadığı aparıcı roldan danışaraq bildirib: “Onlardan biri Ermənistan ilə Azərbaycan arasında olan münaqişə və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq bir şəkildə təqdim edirdilər”.

Azərbaycan ictimaiyyəti ermənilərin, Ermənistan hakimiyyətinin onun havadarlarının, hətta qonşu İranın da belə təbliğata uyduğunun çox şahidi olub. Onlar iddia edirdi ki, guya ermənilər "torpaqlarından" qovulub. O da sirr deyil ki, rəsmi Bakı Qarabağdakı erməni sakinlərin Azərbaycana inteqrasiyasına həmişə, müharibədən əvvəl, onun gedişində və ondan sonra da əhəmiyyət verib.

44 günlük müharibə bitər-bitməz Prezident İlham Əliyev BBC-yə müsahibə verib. Həmin söhbətdə Azərbaycana qarşı dezinformasiya və başqa narrativlərin təzahürləri var;

BBC: Prezident Əliyev, ermənilərin orada Sizin vətəndaşlarınız kimi yaşayacaqlarını deyirsiniz. Siz bu yaxınlarda demisiniz və mən burada sizdən sitat gətirirəm: "onlar çıxmasalar, biz onları iti qovan kimi qovacağıq". Bu bəyanatla insanlar çətin ki, özlərini təhlükəsiz hiss etsinlər.

İlham Əliyev: Xeyr, xeyr, xeyr, xahiş edirəm, mənim bəyanatlarıma dəqiqliklə yanaşın. Mən bunu dedikdə bizim əraziləri işğal etməyə davam edənləri nəzərdə tuturdum. Mən Ermənistanın hərbi-siyasi rəhbərliyini nəzərdə tuturdum. Mən Dağlıq Qarabağın dırnaqarası "hökumətini", bu cinayətkar xuntanı nəzərdə tuturdum, hansı ki, yeri gəlmişkən, artıq qaçıb gedib. Mənə məlumat verilib ki, Dağlıq Qarabağın dırnaqarası "rəhbəri" artıq İrəvandadır. Mən erməni xalqını yox, onları nəzərdə tuturdum”.

Bu, rəsmi Bakının mövqeyinin təhrif olunmasına dair ən bariz örnəkdir.

Prezident Şuşada bəhs etdiyimiz tədbirdəki çıxışında Azərbaycanın bu kimi dezinformasiyalara məruz qaldığını vurğulayıb: “Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın”.

Qarabağ və ətraf rayonların işğalçılardan təmizlənməsi Cənubi Qafqazda yeni geosiyasi vəziyyətin yaranmasına da səbəb olub. Artıq bölgəyə ənənəvi münasibət də dəyişib. Cənubi Qafqaz iki əsrə yaxın bir müddətdə Rusiyanın birbaşa nüfuz dairəsində olub. Bu məsələdə Azərbaycan əvvəllər olduğu kimi, yenə də hadisələrin önündədir. Cənubi Qafqazda yeganə dövlətdir ki, öz ərazisində hər hansı səbəbdən başqa ölkənin qoşununu yerləşdirməyib. Sülhməramlı şəklində 2020-ci ilin noyabrında Azərbaycanın azad edilmiş ərazilərinə yerləşdirilən Rusiya hərbçiləri isə artıq bu ölkəni tərk edib.

Bu da bölgədə rəsmi Bakının yürütdüyü xarici siyasi kursunun dəqiqliyinin göstəricisidir.

Prezident bildirib: “Biz Cənubi Qafqaz regionunda tarixi transformasiyanın şahidiyik, tarixi-geosiyasi dəyişikliklər baş verir”.

Regionda yeni tərəfdaşlar, əməkdaşlıqlar reallaşır. Azərbaycanın Türkiyə, Rusiya, Çin və Qərb ölkələri ilə ikitərəfli əməkdaşlığa dair strateji və müttəfiqliklə bağlı müqavilələri bunu təsdiqləyir. Xəzər dənizindən keçəcək Orta dəhliz, Şimal-Cənub nəqliyyat dəhlizi və s. buna xidmət edir.

Əvvəlki illərlə müqayisədə birliklərə yanaşmanın mahiyyəti və ona üzvlüyə can atmaq cəhdləri fərqlidir. Bu baxımdan, dövlət başçısı vurğulayıb ki, ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib.

Torpaqlar işğal altında olanda Qərbdən Azərbaycan qarşı yersiz təzyiqlər edilirdi. İşğalçı Ermənistana sanksiya tətbiq olunmurdu. Əksinə, onlara yardımların da arası kəsilmirdi. Bu proses indi də davam edir. Azərbaycanın tarixi torpaqlarını hələ də işğal altında saxlayan, 300 min Qərbi azərbaycanlını zorla vətəndaşlıqdan məhrum edən, hər fürsətdə sərhədyanı ərazilərdə vəziyyəti gərginləşdirən Ermənistanı Qərb yenə mükfatlandırır, onlara maliyyə, hərbi yardımlar edilir. Bu azmış kimi, hesabatlarda Azərbaycanla bağlı məsələlərdə ənənəvi təhrifçilik davam etdirilir.

Prezident bu məsələyə toxunaraq deyib: “Natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar Qərbdən qaynaqlanır. O, gündəlik həyatımıza çevrilir. Təəccüblənirdik, məyus olurduq, indi isə biganə yanaşırıq”.

Dövlət başçısı bununla da onların qərəzli davranışına Azərbaycanın adət etdiyini və əhəmiyyət vermədiyini bildirib. Torpaqları işğal altında olanda rəsmi Bakını “işğalçılıqda” ittiham edənlərdən indi nə gözləmək olar? Əlbəttə, bunlar reallığı görməkdən məhrum olanlardır. Onlara bir dəfə komanda verilib. Sonra “geri çəkilin” deməyiblər deyə, hələ tutduqlarını buraxmırlar.

İlham Əliyev zaman ötdükcə onların məsələlərə münasibətinin dəyişdiyini də qeyd edib: “Qərb siyasi dairələrində reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”.

Dünya çox kiçikdir. Özünə hörmət edən istənilən KİV, yaxud informasiya mənbəyi obyektiv, qərəzsiz, doğru, balanslı informasiya yaymağa borcludur. Onların əks istiqamətdə fəaliyyət göstərməsi peşə əxlaq kodeksinə zidd olmaqla yanaşı, mənbənin etibardan düşməsi ilə nəticələnir.

Fikrimizcə, Prezident İlham Əliyev də bu kimi faktorları nəzərə alaraq vurğulayıb: “İstərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın”.

Builki Şuşa Forumu həm də tarixidir. Çünki Azərbaycanın ərazi bütövlüyü təmin olunub.

Dövlət başçısı ənənəvi ittifaqlar bir qədər zəifləyərək, yeni əməkdaşlıq formatları meydana gəldiyindən söz açaraq deyib: “Əlbəttə, ötən ilin sentyabrında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ən mühüm hadisədir. Bu, təkcə birinci və ikinci Forum arasında deyil, ümumiyyətlə müasir tariximizdə mühüm hadisə oldu”.

Prezident Şuşa Qlobal Media Forumunda KİV nümayəndələri ilə yanaşı, region ölkələrinə, beynəlxalq ictimaiyyətə, habelə Cənubi Qafqazda maraqlarının təmin olunmasını istəyən, buna can atan dövlətlərə “yenilənmə”, "təhriflərdən arınma", “reallığın qəbul olunması” kimi ismarışlar göndərib.

Geri qayıt