Əsas Səhifə > FUTBOL > Çempionlar Liqası: "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib

Çempionlar Liqası: "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib


22-07-2024, 15:19


"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Şəffaflıq.az xəbər verir ki, Ağdam təmsilçisi "Linkoln" (Cəbəllütariq) səddini aşacağı təqdirdə, "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Bu raundun matçları avqustun 6-7-də və 13-də baş tutacaq.


Geri qayıt