Əsas Səhifə > Hadisə > Bakıda avtomobil körpəni vuraraq öldürüb

Bakıda avtomobil körpəni vuraraq öldürüb


22-07-2024, 10:30


Bakıda avtomobil iki piyadanı vurub.

Şəffaflıq.az xəbər verir ki, hadisə Xətai rayonunun General Şıxlinski küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Kənan Rzazadə idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə yolu keçən, 1994-cü il təvəllüdlü Ruhiyyə Tanrıverdiyeva və 2021-ci il təvəllüdlü Seymur Məmmədlini vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Geri qayıt