Əsas Səhifə > Hadisə > İtkin düşən 14 yaşlı gənc polis əməkdaşları tərəfindən tapılıb.

İtkin düşən 14 yaşlı gənc polis əməkdaşları tərəfindən tapılıb.


21-07-2024, 12:01


İtkin düşən 14 yaşlı gənc polis əməkdaşları tərəfindən tapılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, dünən səhər saatlarında itkin düşən Şirvan şəhər sakini, 2010-cu il təvəllüdlü N.Ziyadi bu gün saat 04 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində tapılıb.

N.Ziyadi ailəsinə təhvil verilib.

Şəffaflıq.az  


Geri qayıt