Əsas Səhifə > XARİCİ XƏBƏR > Baydenlə Lyayen Rusiyaya qarşı addımları və Kiyevə yardımı müzakirə ediblər
Baydenlə Lyayen Rusiyaya qarşı addımları və Kiyevə yardımı müzakirə ediblər20-07-2024, 23:40 |
ABŞ prezidenti Cozef Bayden Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen ilə telefon danışığında Ukraynaya yardım və Rusiyaya qarşı tədbirləri müzakirə edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir. Onlar Ukraynaya dəstəyi və münaqişəyə görə Rusiyanı məsuliyyətə cəlb etmək səylərini müzakirə ediblər. Tərəflər güclü ABŞ-Aİ münasibətlərinə və dünyanın ən böyük problemlərini həll etmək üçün birgə işləməyə sadiq olduqlarını bir daha təsdiq ediblər. Qeyd edək ki, Ursula fon der Lyayen növbəti beşillik müddətə Avropa Komissiyasının (AK) sədri seçilib. Geri qayıt |