Əsas Səhifə > FUTBOL > "Milan" İspaniya millisinin hücumçusunu transfer edib

"Milan" İspaniya millisinin hücumçusunu transfer edib


19-07-2024, 15:44


İtaliyanın "Milan" kollektivi İspaniya millisinin hücumçusu Alvaro Moratanı heyətinə cəlb edib.

Şəffaflıq.az A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə 4 illik müqavilə bağlanıb.

O, son olaraq İspaniya təmsilçisi "Atletiko"nun (Madrid) formasını geyinib. A.Morata ötən mövsüm meydana çıxdığı 48 matçda 21 qol vurub.

Forvard həmçinin Almaniyada keçirilən Avropa çempionatında 1 qolla yadda qalıb.


Geri qayıt