Əsas Səhifə > SİYASƏT > Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Rəhim Rəsulovla vida mərasimi keçirilir

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Rəhim Rəsulovla vida mərasimi keçirilir


19-07-2024, 10:44


Qalıqları Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəhim Əlyar oğlu Rəsulovun nəşi Sumqayıt şəhərinə gətirilib.

Şəffaflıq.az-ın yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Rəhim Əlyar oğlu Rəsulov 1967-ci il dekabrın 19-da anadan olub. O, 1991-ci il dekabrın 28-də Kərkicahan kəndində itkin düşüb.

R.Rəsulov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.




Geri qayıt