Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Misir parlamenti yeni hökumətə etimad edir
Misir parlamenti yeni hökumətə etimad edir19-07-2024, 10:06 |
Misirin Nümayəndələr Palatası (parlamentin aşağı palatası) yeni hökumətin təqdim etdiyi fəaliyyət proqramını təsdiqləyib və Mustafa Madbulinin başçılıq etdiyi Nazirlər Kabinetinə etimad edildiyini təsdiqləyib. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İhbariyyə” telekanalı məlumat yayıb. “Misir parlamentinin spikeri Hənəfi əl-Qəbali Nümayəndələr Palatasının Madbuli hökumətinin təqdim etdiyi proqramı təsdiqlədiyini açıqlayıb və deputatların ona etimadını ifadə edib”, - telekanal qeyd edib. Bildirilir ki, parlament iclası Misir hökumətinin başçısı və kabinetdəki əksər nazirlərin iştirakı ilə baş tutub. Xatırladaq ki, iyulun 3-də ölkə prezidenti Əbdül Fəttah əs-Sisinin iştirakı ilə Misirin yeni hökumətinin andiçmə mərasimi keçirilib. Geri qayıt |