Əsas Səhifə > XARİCİ XƏBƏR > Azərbaycan səfiri İordaniyanın Sənaye Nazirliyinin baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan səfiri İordaniyanın Sənaye Nazirliyinin baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib


19-07-2024, 09:44


Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov krallığın Sənaye, Ticarət və Təchizat Nazirliyinin baş katibi Dana Əl-Zubi ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə məlumat diplomatik missiyanın sosial şəbəkə hesabında yer alıb.

“İordaniyanın Sənaye, Ticarət və Təchizat Nazirliyinin baş katibi Dana Əl-Zubi ilə xoş görüşüm oldu. Azərbaycan və İordaniya arasında əməkdaşlıq məsələləri müzakirə olunub”, – diplomatik korpusun mətbuat xidməti səfirdən sitat gətirib.

Görüşün təfərrüatları açıqlanmayıb.


Geri qayıt