Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda çay və lavanda plantasiyasının genişləndirilməsinə 30 min manat güzəştli kredit verilib

Azərbaycanda çay və lavanda plantasiyasının genişləndirilməsinə 30 min manat güzəştli kredit verilib


18-07-2024, 19:15


İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu fərdi sahibkar Araz Yaqubova 30 min manat güzəştli kredit verib.

Şəffaflıq.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, güzəştli kredit çay və lavanda plantasiyasının genişləndirilməsi və damcı suvarma sisteminin quraşdırılması layihəsi üzrə ayrılıb. Layihənin maliyyələşdirilməsi "Bank Respublika" ASC vasitəsilə həyata keçirilib.


Geri qayıt