Əsas Səhifə > İdman > Paris-2024-də iştirak edəcək rusiyalı idmançıların yekun siyahısı təsdiqlənib

Paris-2024-də iştirak edəcək rusiyalı idmançıların yekun siyahısı təsdiqlənib


18-07-2024, 12:29


Beynəlxalq Olimpiya Komitəsi Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək rusiyalı idmançıların yekun siyahısını təsdiqləyib.

Şəffaflıq.az xəbər verir ki, siyahı yarışın Təşkilat Komitəsinin saytında dərc olunub.

Paris-2024-də cəmi 15 rusiyalı idmançı çıxış edəcək. Onlar yarışa neytral idmançı kimi qatılacaqlar.

Rusiya idmançıları beş idman növündə mübarizə aparacaqlar: Daniil Medvedev, Roman Safiullin, Yekaterina Aleksandrova, Mirra Andreyeva, Pavel Kotov, Diana Şnayder, Yelena Vesnina (hamısı tennis), Zaxar Petrov, Aleksey Korovaşkov, Olesya Romasenko (hamısı kayak və kanoe), Tamara Dronova, Alyona İvançenko, Qleb Sıritsa (hamısı velosiped idmanı), Anjela Bladtseva (batut gimnastikası), Yevgeni Somov (üzgüçülük).

Qeyd edək ki, Paris Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.


Geri qayıt