Əsas Səhifə > Hadisə > Goranboyda piyadanın ölümü ilə nəticələnən qəzanı törədən sürücü saxlanılıb

Goranboyda piyadanın ölümü ilə nəticələnən qəzanı törədən sürücü saxlanılıb


18-07-2024, 10:30


Goranboyda piyadanın ölümü ilə nəticələnən qəzanı törədən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

 DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımovun verdiyi məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının müvafiq tədbirləri nəticəsində hadisə yerindən yayınan T. Şamilov saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, Goranboyda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 40 yaşlı Əhməd Ərəbov Gəncə şəhərində müalicə aldığı özəl xəstəxanada dünyasını dəyişib.

Şəffaflıq.az


Geri qayıt